Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan «Turan Bank» bu ilin üçüncü rübünə olan maliyyə vəziyyətini açıqlayıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bank böyüməni artırıb, aktiv dinamika xalis mənfəətdə də özünü göstərib.
Beləliklə, bu ilin yanvar-senyabr aylarında «Turan Bank»ın faiz gəlirləri ötən ilin eyni dövrünə nəzərən 9,5 milyon manat və ya 12,6% artaraq 84,6 milyon manata çatıb.
Faiz gəlirlərində ənənəvi olaraq müştərilərə verilən kreditlərdən faiz gəlirləri böyük yer tutub – 78,9 milyon manat, yaxud da ümumi fai gəlirlərinin 93,3%-i qədər. «Turan Bank» 9 ayda Banklar və digər maliyyə institutlarındakı depozitlərdən 3,2 milyon manat qazanıb – müqayisə üçün ötən ilin 9 ayında bu məbləğ 3 milyon manat idi.
Bundan başqa, banklar və digər maliyyə institularına verilən kreditlər üzrə faiz gəlirləri 224 min manat, ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 929 min manat, digər faiz gəlirləri 1,4 milyon manat olub.
Faiz xərclərinə baxanda bankın bu xərclərə 50 milyon manat sərf etidiyi görünür. Bu, illik müqayisədə 10,5 milyon manat (26,6%) daha çoxdur.
«Turan Bank»a depozit qoyanlar bu il daha çox – 29,2 milyon manat qazanıblar. Halbuki, ötən ilin üyni dövründə bu məbləğ 26,2 milyon manat idi. Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 1,2 milyon manat, cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 18,1 milyon manat, digər faiz xərcləri 1,4 milyon manat olub.
Faiz xərclərini çıxandan sonra «Turan Bank»ın xalis faiz gəlirləri 34,6 milyon manata bərabər olub.
Hesabat dövründə «Turan Bank»ın qeyri-faiz gəlirləri 22,3 milyon manat olmaqla, ötən ilin müvafiq dövrünə nəzərən 5,1 milyon manat və ya 29,7% daha çox olub.
Qeyri-faiz gəlirlərində alınan haqq və komissiya gəlirləri 8 milyon manat təşkil edib. Xarici valyuta əməliyyatları banka daha çox gəlir gətirib. Belə ki, «Turan Bank» xarici valyutadan 5,6 milyon manat (65,1%) daha çox qazanaraq qazancını 14,2 milyon manata çatdırıb.
Cari il ərzində yaxşı işləyən bank əməkdaşlarını da sevindirib. Belə ki, bankın 35,1 milyon manat qeyri-faiz xərclərinin 19,2 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərə sərf olunub. Bu xərclər illik müqayisədə 1,6 milyon manat (9,1%) daha çox olub. Bundan başqa, ümumi və inzibati xərclərə 7,8 milyon manat, amortizasiyaya 2,3 milyon manat sərf olunub.
Yekun olaraq, «Turan Bank» bu ilin ilk 9 ayını 2,2 milyon manat xalis mənfəətlə bağlayıb. Xalis mənfəət ötən ilin eyni dövrünə nəzərən 570 min manat, yaxud da 35,6% artıb.
2026-ci ilin üçüncü rübünün sonunda bankın aktivlərinin həcmi 909,7 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 2,5 milyon manat (0,3%) daha çoxdur.
Aktivlərin 670 milyon manatını kredit portfeli təşkil edir. Kredit portfeli son 9 ayda 36,3 milyon manat (5,1%) azalıb. İsehlak kreditlərinin həcmi 5,1 milyon manat (2,3%) azalaraq 212 milyon manata enib. Biznes kreditləri 318,2 milyon manat, daşınmaz əmlak kreditlərinin həcmi 3,7 milyon manat (2,7%) artaraq 139,7 milyon manata bərabər olub.
Bundan başqa, «Turan Bank»ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 107,4 milyon manat, ticarət və investisiya qiymətli kağızları 14,6 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitlər 97,8 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər 2,6 milyon manat təşkil edib.
Hesabat dövrünün sonunda «Turan Bank»ın cəmi öhdəlikləri 803,3 milyon manat olmaqla, ilin əvvəlindən bəri 0,9 milyon manat (0,1%) artıb.
Öhdəliklərin 53%-ini tutan depozitlər 425,7 milyon manatdır. Burada fiziki şəxslərin depozitləri 385 min manat, hüquqi şəxslərin depozitlərinin həcmi 41 milyon manat olub.
Öhdəliklərin digər hissəsini – 156,2 milyon manatını Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər, 189,2 milyon manatını kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər, 599 min manatını cari vergi öhdəlikləri, 15,9 milyon manatını subordinasiya borc öhdəlikləri, 15,7 milyon manatını digər öhdəliklər tutub.
Nəticədə, 2026-ci ilin üçüncü rübünün sonunda «Turan Bank»ın cəmi kapitalı 1,6 milyon manat (1,5%) artaraq 106,4 milyon manata yüksəlib. Kapitalın 100 milyon manatını səhmdar kapitalı, 11 milyon manatını ümumi ehtiyatlar tutub. Bölüşdürülməmiş zərər 5,4 milyon manat təşkil edib.








![«Turan Bank» xalis mənfəətini 35% artırıb – [red]AKTİVLƏRİ ÇOXALIR – HESABAT[/red] | FED.az](/upload/news/small/2504434.png)
![«Turan Bank» xalis mənfəətini 35% artırıb – [red]AKTİVLƏRİ ÇOXALIR – HESABAT[/red] | FED.az](/upload/news/small/1413540.jpeg)
![«Turan Bank» xalis mənfəətini 35% artırıb – [red]AKTİVLƏRİ ÇOXALIR – HESABAT[/red] | FED.az](/upload/news/small/4830676.jpeg)









