"Nikoil Bank" QSC-nin əsas səhmdarı "Topaz İnvestments" bankın 90 mln. manat dəyərində olan səhmlərini alıb. Bankdan verilən məlumata görə, səhmlər cari ilin 25 oktyabr tarixində Bakı Fond Birjasında yerləşdirilib.
Bununla, "Topaz İnvestments"in "Nikoil Bank"dakı səhmləri 91,8440%-ə yüksəlib.
Buna müvafiq olaraq bankın digər səhmdarlarından olan "Nikoil" QSC-nin payı 7,58% azalaraq 7,97%, "ISR Holding" MMC-nin payı isə 0,18% azalaraq 0,19%-ə enib.
Xatırladaq ki, bankın nizamnamə kapitalının artırılmasının ikinci mərhələsi də başa çatıb. Bunun nəticəsi olaraq "Nikoil Bank" QSC-nin nizamnamə kapitalı 90 mln. manat artırılaraq 184 mln. 500 min manata yüksəlib. Qeyd edək ki, nizamnamə kapitalının artırılması qərarı 21 sentyabr 2016-cı il tarixində keçirilən səhmdarların ümumi yığıncağında qəbul olunub.