Azərbaycan daşınmaz əmlak bazarında tanınmış şirkətlərdən biri olan “Baku City Residences” və "Xalq Bank" birgə kart təqdim ediblər.
FED.az xəbər verir ki, Visa ko-brend kartı "Sakin Kart" adlanır.
Təqdimat mərasimində “Baku City Residences” şirkətinin əməkdaşı bildirib:
"Xalq Bank" ilə əməkdaşlıqdan məmnunuq. Artıq “Baku City Residences” şirkətinin inşa etdiyi yaşayış kompleksinin sakinləri onlar üçün hazırlanmış xüsusi imtiyazlara malik "Sakin Kart"dan istifadə edə biləcəklər".
Təqdimatda "Xalq Bank"ın Biznesin İnkişafı və Satış Baş idarəsinin rəisi bildirib ki, bu kart müştərilər üçün yeni imkanlar yaradacaqdır.
Tədbirdə “Baku City Residences" şirkətinin Biznesin inkişafı departamentinin rəhbəri bildirib ki, "Xalq Bank"ın "Baku City Residences" şirkətilə birgə ipoteka məhsulu bazarda ən yaxşı məhsuldur. Belə ki, bu məhsul ilə şirkətin istənilən layihəsində illik 8%-lə olmaqla, 22 ilədək ipoteka krediti mənzil sahibi olmaq mümkündür:
"Biz Xalq Bank ilə düşündük ki, sakinlərimiz üçün hansı yeni xidməti təqdim edə və bazarda fərqlənə bilərik. Hazırda bir çox şirkətdə ənənəvi ödəniş üsulundan istifadə olunur: insanlar pul ilə kassaya gəlirlər, sayım və qəbul üçün onlar gözləyirlər. Düşündük ki, insanları motivasiya edək: həm ödəniş etsinlər, həm də qazana bilsinlər. Müştərilər "Baku City Residences"in lüks layihələrindən mənzil alarkən "Visa Infinite Sakin Kart"ı təqdim olunacaq. Hazırda sakinlər aylıq ipoteka kreditlərini ödəyən zaman heç bir keşbek faizi əldə etmir. Artıq müştərilər bu kart ilə ödəniş edən zamanı keşbek qazanacaqlar". (Marja)