Tiflisdə bank qarət olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oğurluqda bir adam iştirak edib.
Hələlik bankdan oğurlanan pulun məbləği açıqlanmır.
Müəyyən edilib ki, oğurluq edən şəxs tapança ilə "Gürcüstan Bankı"nın işçilərinə hədə-qorxu gəlib və pulu götürərək hadisə yerindən uzaqlaşıb. Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən şəxs evində saxlanılıb. Həmin şəxsin evində hadisə yerində istifadə olunan odlu silah tapılıb və sübut kimi götürülüb. Polis axtarış zamanı saxlanılan şəxsin evindən narkotik maddə və bankdan götürülmüş pulun bir hissəsini tapıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Apa©