"Financial Times Ltd." qrupuna aid və ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərdən biri olan "The Banker" Londonda keçirilən təltifetmə mərasimində "AccessBanı" QSC-ni "Azərbaycanda İlin ən yaxşı Bankı" nominasiyasında mükafatlandırıb.
Bankdan verilən məlumata görə, son 6 il ərzində artıq dördüncü dəfədir ki, "AccessBank" bu ali mükafata layiq görülür.
"The Banker kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülməyimiz bizi çox sevindirir. Bu təltifetmə hazırkı dəyişkən iqtisadi şəraitə rəğmən daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün "AccessBank" komandasının öz işinə olan sadiqliyin və gərgin əməyinin göstəricisidir", - deyə bankın İdarə Heyətinin sədri Mihael Hofman (Michael Hoffmann) qeyd edib.