Oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Eləcə də bax: “Amrahbank”ın daşınmaz əmlakı açıq - HƏRRACA ÇIXARILACAQ
Fonddan FED.az-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47, 49 ünvanında yerləşən (ü/s 150,4 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 800 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67