FED.az xəbər verir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1150/1 və B-1150 ünvanında 0,14 ha torpaq sahəsində yerləşən bağ evi (üm/sah 382,3 kv.m, yaş/sah 237,0 kv.m, yar/sah 145,3 kv.m, 8 otaq, 3 mərtəbə) qeydiyyat nömrəsi 1415000313, qeydiyyat tarixi 14.01.2015 olan çıxarışa əsasən qeydə alınıb.
Hərracın sifarişçisi: Əmanətlərin Sığortalanması Fondu. Hərracı təşkil edən təşkilatın adı – “Külək” MMC 01/15K lot üzrə.
Hərracda iştirak haqqının, beh məbləğinin və daşınmaz əmlakın satış məbləğinin köçürüləcəyi bank hesabı: (Adı: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kod:501004, VÖEN:9900071001, M/H:AZ74NABZ01451700000000001944, S.W.İ.F.T BİK NABZAZ2C, Adı:Ləğv prosesində olan “Texnikabank” üzrə, hesab AZ36NABZ01350100000000021944, VÖEN:9900000681 hesabına qəbul olunur).
Qeyd edək ki, daşınmaz əmlakın hazırki vəziyyəti barədə ətraflı məlumat tələb olunduqda təyin olunmuş xüsusi mütəxəssislə görüş təyin edib, əmlakın yerləşdiyi ünvana gedərək əsas vəsaitlərə baxış keçirmə barəsində dolğun məlumat, həmçinin yaranan suallarla bağlı 941 nömrəli qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
İlkin satış qiyməti 150150 man, hərrac addımının məbləği 1% – 1502 man, hərracda iştirak haqqının məbləği 2% – 3003 man, behin məbləği ilkin satış qiymətinin 5 % - 7508 man, (Beh məbləği 25.12.2017-29.12.2017 tarixinə kimi qəbul olunur).
Hərrac açıq formada Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh, ünvanda 05.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.