Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği təsdiqlənib.
FED.az xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə aşağıdakı məbləğlərdə istifadə haqqı tutulur:
Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 manat
Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 manat.
Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 manat.
Eləcə də bax: Ələ keçən hər şeyi girov qoymaq olacaq - YENİLİK GƏLİR
Eləcə də bax: Daşınar əmlakın yüklülüyü reyestri portalının - ADI VƏ ÜNVANI