“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan mobil proqramların adı məlum olub. Bu haqda “Trend Micro” məlumat verib.
FED.az “life.ru” saytına istinadən yazır ki, həmin proqramlar “Currency Converter” və “BatterySaverMobi” adlı mobil tətbiqlərdir. “Google”dan verilmiş məlumata görə, həmin proqramlar artıq rəqəmli mağazadan silinib. İkinci mobil proqram 5 min dəfə quraşdırılıb.
Eləcə də bax: “Facebook”un ofisində bəzi məsələlərdən danışmaq - QADAĞAN EDİLİB
Ekspertlər mobil tətbiqlərin proqram kodunu araşdırdıqdan sonra məlum olub ki, sözügedən proqramlarda “Anubis” virusundan istifadə edilib. Həmin virus hakerlərin ekrana müdaxilə etməsinə imkan verir.