Azər Türk Bank bu gündən etibarən ali məktəblərin tələbələri və bu təhsil ocaqlarına yeni qəbul olunmuş gənclər üçün “Tələbə krediti” kampaniyasına start verib.
Həcmi 5000 manatadək nəzərdə tutulmuş kredit 12 və ya 24 ay müddətinə, müvafiq olaraq 18% və 19%-lə təklif edilir.
Tələbənin təhsil haqqını ödəmək üçün kedit əldə etmək istəyən şəxs, şəxsiyyətini və gəlirini təsdiq edən sənədlərlə banka yaxınlaşmalıdır. Kreditin köçürmə yolu ilə verildiyini nəzərə alaraq, tələbənin oxuduğu müvafiq təhsil müəssisəsinin rekvizitləri və illik ödəniş haqqının məbləği göstərilən arayış banka təqdim edilməlidir.
Kampaniyanın müddəti 30 sentyabr tarixinədəkdir.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.