Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Azərbaycan Tələbə Kartı”nın təbliğ edilməsi üçün işlərin görülməsi, saytın və mobil aplikasiyanın dəstəklənməsi işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri, analoji iş təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4656443 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Abdullayev Elnur Şahin oğlu). İddiaçılar 100 (bir yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi, 4, II mərtəbə, otaq 212, tələbə və tələbə təşkilatları ilə is sektorundan ) ala bilərlər.
Bank:Dövlət Xəzinədarlıq Agentliyi
Kod : 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h: AZ50CTRE00000000000002147771
VÖEN: 1500171121
Büdcə səviyyəsinin kodu-7
Təsnifat kodu- 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 18 oktyabr 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 26 oktyabr 2018-ci il saat 18.00-a qədər möhürlənmiş ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 29 oktyabr 2018-ci il saat 10.00-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində açılacaqdır.
Tender komissiyası