Yanvarın 31-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 250 milyon manat həcmində qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Bu dəfə notlar daha aşağı faizlə yerləşdirilib.
Hərrac zamanı 15 investordan 20 sifariş daxil olub. Sifarişlərin qiyməti 98.9754 AZN (13.31 faiz) və 99.2278 AZN (10.01 faiz) olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 416 790 100,00 AZN olub.
Mərkəzi Bankın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon AZN təşkil edib.
Notlar fevralın 28-də ödəniləcək.