Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101067S dövlət qeydiyyat nömrəli, 150 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az BFB-yə istinadən xəbər verir ki, hərraca 20 investor qiyməti 99,3812 manat (8,01%) olan 26 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 830 864 700 manat (təklifdən 5,5 dəfə çox) olub. AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 AZN (8,01%) müəyyən edilib.
Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 150 mln. manat təşkil etmişdir. Qiymətli kağızların ödəmə tarixi 04 aprel 2018-ci ildir.