Konstitusiya Məhkəməsi Azərbaycanda bağlanan 4 bankdakı mübahisəli əmanətlərlə bağlı qərarını açıqlayıb.
FED.az xəbər verir ki, söhbət «Atabank», «Amrahbank», «AG Bank» və «NBC Bank» banklarında, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilən əmanətlərdən gedir.
Sözügedən bankların əməkdaşları və rəhbərliyi həmin əmanətlərin qəbulu və rəsmilşədirilməsi prorsesində qannu pozurntusuna yol verdiklərinə görə, həmin əmanətlər sığortalanmayan əmanətlər sırasına düşmüşdü və faktiki olaraq qaytarıla bilmirdi. Məsəlçəni həll etmək üçün Mərkəzi Bank Nazirlər Kabinetinə, Nazirlər Kabineti isə vəziyyətə hüquqi qiymət vermək üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Bir neçə gün əvvəl Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən FED.az bildiriblər ki, iclasda Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Azərbaycan Mərkəzi Bankının sədri E.Rüstəmovun, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru T.Piriyevin, Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və mütəxəssis - Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.