«Kapital Bank» «Birbank» mobil tətbiqində yaranan narahatlıqla bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, bankdan verilən açıqlamaya görə, hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
«Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq»-deyə bildirilib.
Bankdan o da bildirilib ki, «Bir bank» müştəriləri kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini edə bilərlər: «Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik»-deyə bankdan verilən açıqlamada bildirilir.