Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının - ABB-nin səhmləri kütləvi təklif üsulu ilə satışa çıxarılacaq.
FED.az xəbər verir ki, bu barədə ABB-nin səhmdarlarının mayın 27-də keçirilən ümumi yığıncağında qərara alınıb.
ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!
Bankdan FED.az-a verilən məlumata görə, Səhmdarların Ümumi Yığıncağında əlavə səhmlərin buraxılması yolu ilə ABB-nin nizamnamə kapitalının artırılması qərara alınıb.
Səhmlərin buraxılması kütləvi təklif üsulu ilə həyata keçiriləcək və emissiya çərçivəsində zəruri olan digər əsaslar emissiya prospektində müəyyən olunaraq ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, kütləvi təklif üsulu (İPO) səhmlərin bir hissəsinin açıqa satışa çıxarılması və istənilən investorun bu səhməri əldə etmək imkanı deməkdir.
Bu üsulla səhm satışı Azərbaycanda ilk dəfə həyata keçiriləcək.