Azərbaycanda bankların şəffaflığına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə AMB sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bank sektorunun əhəmiyyəti boşluqlarından biri bankarın öz vəziyyəti ilə bağlı məlumat açıqlamamasıdır. «Bankdar öz audit hesablarını açıqlamalı idilər və bankların fəaliyyəti daha şəffaf olmadır.
Bizim prioritetlərdən biri odur ki, maliyyə sistemini sağlamlaşdırılmasından sonra növbəti addım onların şəffaf fəaliyyətinə nail olmaqdır. «Banklar əhalini və ictimiaiyyəti məlumatdandırmalıdır ki, onların vəziyyəti necədir, bu sahədə boşluqlar var. Banklar vəziyyəti açıq bildirməlidirlər və bu sahədə requlyatorun üzərinə də böyük yük düşür».