30 iyun 2022-ci il tarixində ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Səsvermə qiyabi şəkildə təşkil olunub.
Eləcə də bax: ABB İnnovasiya Mərkəzinin daha 10 startapı - İnvestorlara Təqdim Edildi
FED.az xəbər verir ki, yığıncaqda ABB-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci il üzrə maliyyə hesabatı təsdiq edilib.
2021-ci ilin maliyyə nəticələrinə əsasən, Bankın səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxılıb. Ötən ilin mənfəətindən səhmdarlara 125 milyon manat dividendin ödənilməsinə qərar verilib.
İclasda ABB-nin geri çağırılmış səhmlərinin Bankın balansında ləğvi məsələsinə də baxılıb və bununla bağlı müvafiq qərar qəbul edilib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.