Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən ilk dəfə mərkəzləşdirilmiş qaydada ABB-nin 2024-cü il üzrə dividend ödənişlərini həyata keçirib.
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc - FÜRSƏTİ
FED.az xəbər verir ki, ABB-nin 6 may 2025-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks olunan bütün səhmdarlarına malik olduqları səhm sayına uyğun olaraq dividend köçürülüb.
Bu çərçivədə ABB səhmdarlarına ümumilikdə 200 milyon manat məbləğində dividend ödənilmişdir. Səhmlərin nəzarət zərfi dövlətə məxsus olduğundan ödənişlərin 184 milyon manatı dövlət büdcəsinə, qalan hissəsi isə 30,000-dən çox fərdi və institusional səhmdara yönəldilmişdir.
Bu səhmdarların hüquq və maraqlarının qorunması, ödəniş proseslərinin şəffaf və səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.