“Azər Türk Bank” ASC-də Layihələrin idarəedilməsi şöbəsinin müdiri Rəşad İbrahimov 31 iyul 2019-cu il tarixdən vəzifəsini tərk edəcəyini açıqlayıb.FED.az xəbər verir ki, bu barədə R.İbrahimov özü sosial şəbəkədə məlumat yayıb.
“Bu mənim “Azər Türk Bank”da son iş günümdür. “Azər Turk Bank” mənim peşəkar karyeramda əvəz edilməz iz buraxdı”, – deyə o qeyd edib. Rəşad İbrahimovun hələ hara təyinat aldığı açıqlanmır.
Məlumat üçün bildirək ki, Rəşad İbrahimov PMO Global Alliance tərəfindən keçirilən 2019 PMO Global Awards beynəlxalq yarışmanın münsiflər heyətinin üzvüdür. Eyni zamanda cari ilin aprel ayında Rusiya Federasiyasında keçirilən "Layihə rəhbəri 2019" (Проектныйруководитель.рф) yarışmasının yüksək nəticələrlə finalçısı olub. O yüksək profesional siyahısında yer alan 20 nəfərdən biridir.
Tanınmış PMO konsultantı bankdakı vəzifəsini tərk edir
17:05
31 İyul 2019