Azərbaycanın tanınmış marktoloqu və beynəlxalq akkreditasiyalı ICF PCC peşəkar kouçu Sənan Həsənov yeni vəzifəyə təyinat alıb.
FED.AZ xəbər verir ki, artıq bundan sonra S.Həsənov ölkədə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən "Cyber Point" şirkətinin marketinq direktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, S.Həsənov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2001–2005-ci illərdə Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə isə Maliyyə üzrə magistr təhsili alıb. Bundan əlavə, Niderlandın Marketinq İnstitutunun (NIMA) marketinq üzrə diplom proqramını tamamlayıb. Almaniyanın “Sparkassen Akademie” təşkilatında bankçılıq üzrə təcrübə proqramında, ABŞ-ın “Financial Services Volunteer Corps” mübadilə proqramında iştirak edib.
S.Həsənov peşəkar fəaliyyətinə “Rabitəbank”da başlayıb. Daha sonra “Azərbaycan Sənaye Bankı” ASC, “Dəmir Bank” ASC, "Caspian Development Bank (CDB)" ASC, Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC), “Erickson Azerbaijan” və digər tanınmış şirkətlərdə biznesin inkişafı və marketiqn üzrə direktor vəzifələrində çalışıb.
O, beynəlxalq akkreditasiyalı ICF PCC peşəkar kouç olaraq “Erickson Coaching International”ın Azərbaycan nümayəndəliyinin rəhbəri də olub.
Xatırladaq ki, yeni təyinatından əvvəl S.Həsənov “Azər-Türk Bank” ASC-nin marketiq üzrə direktoru vəzifəsini icra edib.















