Daha əvvəl Oruc İbrahimovun Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürdüyünə dair xəbər paylaşmışdıq.
Eləcə də bax: Şəhidin övladı - MİLLƏT VƏKİLİ OLMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bu gün onun seçki qərargahından bizə bildirildi ki, Oruc İbrahimovun namizədliyi ya var ayının 5-də qeydə alınıb. Bununla da o, 19 saylı Nərimanov 1-ci seçki dairəsindən qeydə alınmış ilk namizəd olub.
Xatırladaq ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş Oruc İbrahimov AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsində çalışır.
O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.