"AtaBank"ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyinin irəli sürülməsi prosesinə başlayıb.
FED.az xəbər verir ki, o, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.
Eləcə də bax: “Ata Bank”da yeni təyinat – İSLAHATLAR DAVAM EDİR
Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir.
Məlumat üçün bildiriək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.