ABB TamKart sahibləri üçün Bahar kampaniyasına start verib.
ABB-dən sahibkarların satışlarını artıracaq - MÖHTƏŞƏM İMKAN!
İndi yeni TamKart kredit kartı əldə edən müştərilər nağdsız ödənişlər zamanı 30 manatadək hədiyyə qazanacaqlar.
Kampaniya bütün növ TamKart kredit kartı sahiblərinə aiddir və aprelin 10-a qədər davam edəcək. Bu barədə daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
TamKart eyni vaxtda həm debet, həm kredit kartı funksiyasını özündə birləşdirən kartdır. Bu kart müştərilərə Bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və 40%-dək keşbek imkanı yaradır. Əlavə olaraq qeyd edək ki, TamKart kredit kartı ilə istifadə edilmiş vəsaiti 60 gün güzəşt müddətində faizsiz geri ödəmək mümkündür. Üstəlik, TamKart debetlə ölkədaxili bütün ATM-lərdə 7 000 manatadək nağdlaşdırmaya və ölkədaxili bütün bank kartlarına köçürmələrə görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.