Hələlik Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sektorunu tam yoxlayıb başa çatdırmayıb, amma ümumilikdə situasiya məlumdur.
Bu barədə FED.az-ın «Bankların indi açıqladığı hesabatlara inanmaq olarmı?» sualına cavab verən AMB sədri elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, bank sektorunun yoxlanması ğama başa çatmasa da, ilkin olaraq vəziyyət məlumdur: «İlkin olaraq onların kapitalının qiymətləndirilməsi prosesi ayrı-ayra bank qrupları üzrə həyata keçirilib».
AMB sədri bildirib ki, bankların indiki hesabatlarına «həlledici dərəcədə inanmaq olar»: «Yəni biz portfellərin ilkin qiymətləndirməsini həyata keçirmişik və hesab edirəm ki, həlledici dərəcədə açıqlanan bu hesabatlara inanmaq olar».
Elman Rüstəmov bildirib ki, müəyyən kənaraçıxmalar mümkündür, amma bu kiçik olacaq: «Əlbəttə, dəqiqləşmələr mümkündür, bu da təbiidir, amma düşünmürəm ki, bunlar o dərəcədə ciddi olar ki, bank kapitalını itirib ya yox. 1-2% kənarlaşma ola bilər. Bu günkü dövr də, bildiyiniz kimi, çox dinamikdir. Ona görə deyirəm – (bank hesabatlarına) inanmaq olar».