Azərbaycanda bank kartları sahəsində rəqabət artdıqca, kartların imkanları və təqdim olunan xidmətlərin çeşidi də genişlənməkdədir.
FED.az xəbər verir ki, hazırda banklar tərəfindən müxtəlif təyinatlı və fərqli qruplara ünvanlanan kart məhsulları təqdim edilir.
Bəzən oxşar imknaları olan kartlar arasındla seçim etmək çətinləşir.
FED.az apardığı araşdırma əsasında hazırda ölkədə populyar olan 3 kartla bağlı müqayisəni təqdim edir.
Bunlar «Kapital Bank»ın təqim etdiyi «Bir kart», «Unibank»ın təqdim etdiyi «Leobank» kartı və Azərbaycanın ən böyük bankı olan ABB-nin təqdim etdiyi «Tam Eco Visa Classic debet» kartıdır.
Beləliklə..
«Leo Kart» : Kartı ödənişsiz əldə etmək mümkündür. Bunun üçün tətbiq vasitəsilə qeydiyyatdan keçmək və kartın çatdırılması üçün yer təyin etmək tələb olunur. Bank əməkdaşları kartı kuryer vasitəsilə çatdırırlar. «Leo Kart» kredit və şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutlub. Kartla ödənişlər zamanı 20%-dək Cashback qazanmaq mümkündür.
«Bir Kart» : Kapital bankın təqdim etdiyi BirKart taksit kartını (Birbank taksit kartı) pulsuz şəkildə əldə etmək üçün onlayn sifariş formasını doldurmaq kifayətdir. Bir Kart alış-veriş və ödənişləri hissəli şəkildə ödəməyə imkan verir.
«Tam Eco Visa Classic debet» kartı: ABB-nin bu unikal kartı adından göründüyü kimi ekologiyanı qorumaq üçün dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır. Kart ilə 20%-dək keşbek və 2 qat ƏDV əldə edə bilərsiniz.
Təqdim etdiyimiz bu 3 kart haqqında daha detallı məlumat aşağıdakı cədvəldə öz əksini tapıb:
Göstəricilər |
LEO KART |
BİR KART |
Tam Eco Visa Classic debet |
Banklar |
“Unibank” |
“KapitalBank” |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
Kartın istifadə müddəti |
5 il |
3 il |
5 il |
Kartın alınması üçün xidmət haqqı |
Ödənişsiz |
Ödənişsiz |
Rəqəmsal kanallardan sifariş edildikdə pulsuz, filiallardan sifariş edildikdə 10 AZN |
Kartın təkrar emissiyası |
Ödənişsiz |
5 AZN |
5 AZN dublikat kart adsız şəkildə, 10 AZN statsuluu kart. |
Cashback |
20%-dək Cashback qazanmaq mümkündür |
«Birbank»da «Bütün ödənişlər» seçmində kəşbək 1,5% hesablanır, aylıq maksimal ödəniş 500 AZN təşkil edir. «Əlavə keşbek» çərçivəsində ayrı-ayrı kateqoriyalar da seçmək mümkündür – bir katqoriya üzrə aylıq maksimum məbləğ 50 AZN təşkil edir. |
«TamKart»la bütün ödənişlərə minimum 1 % keşbek hesablanır. «Faydalı keşbek» paketi seçdiyinizdə bu xidmət dayandırılır əvəzində müxtəlif kateqoriyalar üzrə yüksək faizli cashback hesablanır, həmçinin partnyor mağazalarda edilən ödənişlər üzrə 20%-dək keşbek verilir. |
Kart üzrə güzəşt müddəti |
62 günə qədər |
60 günə qədər |
30- 60 gün |
Kartın məxsus olduğu bankın ATM-də nağdlaşdırma üzrə komissiya |
Ayda 2000 AZN-dək komissiyasız, 2000 AZN-dən yuxarı 0,5% komissiya |
1,5% |
Ayda 7000 AZN-ə qədər komissiyasız , 7000 AZN-dən yuxarı isə 1% komissiya |
Digər yerli bankların ATM-də nağdlaşdırma komissiyası |
0,5% |
2% |
Ayda 7000 AZN-ə qədər komissiyasız , 7000 AZN-dən yuxarı isə 1% komissiya |
Digər xarici banklara məxsus ATM-də nağdlaşdırma komissiyası |
2% |
2% |
1,5% |
Kartın məxsus olduğu bankın kartlarına köçürmələr komissiyası |
Komissiyasız |
1,5% |
Ayda 7000 AZN-ə qədər komissiyasız , 7000 AZN-dən yuxarı isə 1% komissiya |
Digər bank kartlarına köçürmələr üzrə komissiya |
Ayda 2000 AZN-ə qədər komissiyasız , 2000 AZN-dən yuxarı isə 1% |
1% |
Ayda 7000 AZN-ə qədər komissiyasız , 7000 AZN-dən yuxarı isə 1% komissiya |
Xarici banklara məxsus kartlara köçürmələr üzrə komissiya |
1% |
2% |
1% |
Kart hesabının artırılması üzrə komissiya |
Komissiyasız |
Komissiyasız |
Komissiyasız |
Kredit vəsaitlərindən istifadəyə görə aylıq mütləq ödənişin məbləği |
Keçən ayın sonuna formalaşmış borc məbləğinin 5%-i (10 manatdan az olmamaq şərti ilə) |
1)Taksitlə partnyor mağazalarda alışlar məhsul qiyməti 18 ayadək hissələrə tam faizsiz bölünür aylıq məbləğ ayın 1-dən 10-dək ödənməlidir 2)Onlayn , POS terminal ödənişləri , kredit limitindən nağdlaşdırma və köçürmə əməliyyatları – bu əməliyyatlar güzəşt müddəti tətbiq olunur ödəniş növbəti ayın sonuncu günü 17:00-dək olunmalıdır
|
20 manatadək kredit vəsaitinin istifidəsi zamanı növbəti ayın 1-dən 10-dək faizsiz şəkildə geri qayatrmaq mümkündür. 20 manat və üzəri kredit vəsaitinin istifidəsi zamanı isə növbəti ayın sonuna qədər faizsiz şəkildə geri qayatrmaq mümkündür.
|
Ödənilməmiş borclar üzrə ödəmə |
Əgər, ödənilməli olan faiz və cərimə (əgər varsa) məbləğinin toplamı formalaşmış borc məbləğinin 5%-dən (10 manatdan az olmamaq şərti ilə) çoxdursa, minimal ödəniş olaraq ödənilməli olan faiz və cərimə məbləğinin toplamı. |
Güzəşt müddəti bitmiş və ödənilməmiş borclar faiz hesablanan borca keçir və əməliyyat olan gündən gündəlik 0.08% faizlər hesablanır. |
Aylıq kredit vəsaiti ödənilmədiyi təqdirdə ikinci aydan 24% əlavə faiz hesablanır. İkinci ay da ödəniş olunmasa əgər artıq üçüncü ay əlavə 24% ilə borc 18 aya bölünür və aylıq ödəniş tələb olunur. |
İllik faiz dərəcəsi |
27,6% |
27% |
11.9% -26.9% |
"SMS Banking" xidmətinə qoşulma |
Pulsuz |
Aylıq 1 AZN |
Aylıq 40 qəpik ödəniş |
"3D secure" xidmətinə qoşulma |
Pulsuz |
Pulsuz |
Pulsuz |