"Lisenziyası ləğv olunmuş "Muğanbank"da kompensasiya olunmayan əmanət təxminən 101 milyon manatdır".
“Muğan Bank”da kompensasiyaların ödənilməsinə - BAŞLANILACAQ - TARİX
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"101 milyonun 73 milyonu da fiziki şəxslərindir. 73 milyonun da 70 milyon manatı 1 fiziki şəxsindir. Qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir.Buna görə mən deyirəm ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir". (Marja)