Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul etdiyi qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransı çərçivəsində AMB-nin sədri Taleh Kazımov BTB Bankla bağlı mühüm açıqlamalar verib.
“Bank BTB” bir qədər də böyüyüb - VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT
Taleh Kazımov bildirib ki, BTB Bank hazırda kiçik banklar qrupuna aiddir. Onun sözlərinə görə, əvvəlki illərdə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində bankın dayanıqlığı əhəmiyyətli dərəcədə möhkəmləndirilib:
"Hal-hazırda BTB Bank dayanıqlıdır. Bank bütün prudensial tələblərə riayət edir. Cəlb edilmiş əmanətlərin 96,3 faizi sığortalıdır. Bankın fəaliyyəti ilə bağlı hər hansı bir problem görmürük", – deyə Taleh Kazımov vurğulayıb.
AMB sədri əlavə edib ki, bu il ərzində BTB Bankın kapitalına əlavə olunub. Onun sözlərinə görə, bu da Mərkəzi Bankın nəzarət tədbirlərinin nəticəsi olaraq bankın daha da güclənməsinə gətirib çıxarıb:
“Bizim nəzarət tədbirlərimizin nəticəsi olaraq bankın dayanıqlılığı artıb və fəaliyyətini davam etdirir”, – deyə Taleh Kazımov qeyd edib.