PAŞA Bank bu il bir neçə sindikatlaşdırılmış kredit məhsulu təqdim edəcək. FED.az xəbər verir ki, bu barədə açıqlama verən bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib ki, investisiya bankçılığı ilə bağlı inkişaf hədəfləri var.
“İlk sindikatlaşdırılmış kreditin həcmi 13 milyon 500 min dollar idi. Biz bu pulu özümüz də verə bilərdik, ancaq bazar üçün bir nümunə olaraq bunu etdik”, deyən T.Kazımov banklar və sığorta şirkətləri ilə birlikdə daha sıx əməkdaşlıq etməyə çalışacaqlarını bildirdi.
Taleh Kazımov: “Biz bu pulu özümüz də verə bilərdik”
10:19
1 May 2018