Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük.
"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib, "E-Kredit" BOKT-a lisenziya verilib
FED.az xəbər verir ki. bunu X sosial şəbəkəsindəki hesabında Mərkəzi Bankın sədri Taleh Kazımov yazıb.
O qeyd edib ki, görüş zamanı bank sektorunun cari vəziyyəti, qarşıda duran çağırışlar, eləcə də sektorun inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bank sektorunun cari ilin ikinci rübü üzrə göstəriciləri, son makroiqtisadi meyilləri və ümumilikdə gündəmdə olan digər mühüm məsələləri də müzakirə edilib.