“Unibank KB” ASC İdarə Heyətinin qərarına əsasən, Tahir Qəribov Korporativ Biznes üzrə Baş İnzibatçı vəzifəsinə təyin edilib.
“Unicapital İnvestisiya Şirkəti”nin rəhbərliyi dəyişdi - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Tahir Qəribov 2010-cu ildən Unibank komandasının üzvüdür. O, bankda müxtəlif vəzifələrdə işləyib. Bu təyinatadək o, Unicapital İnvestisiya Şirkətinin Baş direktoru vəzifəsindən çalışırdı.
Yeni vəzifədə Tahir Qəribov Unibankın korporativ biznesinin inkişafı istiqamətinə rəhbərlik edəcək.