Avropanın ABŞ-ın sanksiyaları şəraitində İranla ticarəti davam etdirmək üçün SWIFT sisteminə alternativ yaratmaq planı baş tutmur.
ELƏCƏ DƏ BAX: İran SWIFT-dən ayrılmağa hazırdır - STATUS
FED.az-ın məlumatına görə, bu barədə “Financial Times ” Brüsseldəki mənbələrinə istinadən məlumat yayıb.
Alternativ sistemin yaradılması planının mövcud olduğunu bu ilin avqustunda Almaniya xarici işlər naziri Xayko Maas açıqlayıb. Plana əsasən, SWIFT-ə alternativ olacaq SPV (special purpose vehicle) bu ilin noyabrında, ABŞ-ın İrana qarşı neft sanksiyaları qüvvəyə minən zaman yaradılmalıdır. Ancaq heç bir Avropa ölkəsi ərazisində SPV strukturunun yerləşməsini istəmir. Avropa İttifaqı dövlətləri ehtiyat edir ki, bu halda ABŞ-ın siyasi təzyiqi. Hətta sanksiyası ilə üzləşə bilər.
SWIFT-ə alternativ yaratmaq mümkün olmur - SƏBƏB
21:31
29 Okt 2018