“S&P Global Rating” beynəlxalq reytinq agentliyi “Pasha Bank” ASC-nin kredit reytinqinə dairsabit proqnozu təsdiqləyib.
Eləcə də bax: "S&P" Azərbaycanın beynəlxalq kredit reytinqini - STABİL SAXLAYIB
FED.az xəbər verir ki, belə bir rəyin təməlində bankın mənfəət toplamaq bacarığı sayəsində hazırkı çətin iqtisadi şərtlər daxilində problemli kreditlərin artması təqdirdə itkilərinin təsirini yumşalda biləcəyi bəradəki qənaət dayanır.
“Sabit proqnoz həmçinin “Pasha Bank”ın bütövlükdə kredit bazarında, o cümlədən korporativ kredit seqmentindəki böyük payı sayəsində bankın biznes və gəlir həcminin qarşıdakı 12 ay ərzində əvvəlki kimi saxlanacağına dair gözləntilərimizi əks etdirir. O cümlədən bankın böyük likvidlik ehtiyatı ilə müştəri depozitlərinin sabitliyi də kredit vəziyyətinə müsbət təsir edəcək” – deyə hesabatda qeyd olunur.
Bununla belə COVID-19 pandemiyası və neftin ucuzlaşması üzündən Azərbaycan iqtisadiyyatında gözlənilən resesiya ilə əlaqədar 2020-ci ildə “Pasha Bank”ın aktivlərinin böyük ehtimalla keyfiyyəti itirəcəyi, kredit itkilərənin isə artacağı da bildirilir: “Problemli kreditlərin (o cümlədən restrukturlaşdırılan kreditlərin) payı 2019-cu ilin sonundakı 7,4 faizə qarşı bu il 12-13 faiz təşkil edəcək, həmçinin risk dəyəri də kredit zərfinin 3,2 faizinədək artacaq. Lakin 2021-ci ildən iqtisadiyyatın dirçəlməsilə yanaşı “Pasha Bank”da da problemli aktiv payının tədricən 10 faizin altına enəcəyini güman edirik. Təməl ssenarimizə uyğun olaraq 2021-ci ilin sonunadək bankın RAC əmsalının 3 faizdən artıq səviyyədə qalacağını gözləyirik”.
Agentliyin qənaətincə “Pasha Bank”ın kapital göstəriciləri daha da sabitləşərsə, müştəri təbəqəsi də şaxələnərsə, reytinqi daha da artacaq. Belə olan halda bankın RAC əmsalının da 7 faiz həddindən yuxarı səviyyədə qalacağı qeyd olunur.
Report