"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin kredit reytinqini "B-/B" səviyyəsindən "ССС+/С" səviyyəsinədək endirib. Agentliyin yaydığı məlumata görə, reytinq üzrə proqnoz neqativdir.
"Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir", - deyə agentliyin açıqlamasında deyilir.
Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti "Muğanbank"ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib.