Azərbaycanın bank sektoru zəif olaraq qalır və mürəkkəb iqtisadi şəraitin təsiri altındadır. Bu barədə "Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
"Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin noyabr ayı üzrə açıqladığı statistikaya əsasən, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 9%-dir. Lakin biz hesab edir ki, bu rəqəm kiçildilib və problemli kreditlərin real həcmi daha yüksəkdir", - deyə o bildirib.
Agentliyin ekspertləri qeyd edir ki, manatın baş verə biləcək devalvasiyası bankların fəaliyyəti daha da çətinləşdirəcək.
Məlumatda deyilir ki, valyuta rejiminin müəyyənləşdirilməsi və bazarda intervensiyalardan savayı, Mərkəzi Bankın makroiqtisadi dinamikaya təsir imkanları hələ də məhdud olaraq qalır.
Ekspertlər qeyd edir ki, banklarda depozitlərin dollarlaşma səviyyəsi 75%-dir: "Bu da Mərkəzi Bankın monetar siyasətə təsir göstərmək imkanlarını məhdudlaşdırır".