Bu il Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya və Qafqaz ölkələrində bankların əməliyyat xərcləri 10%-dən çox artacaq.
"S&P" Azərbaycanın bank sektoru üzrə riskləri - YENİDƏN QİYMƏTLƏNDİRİB
FED.az xəbər verir ki, bunu "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozlaşdırıb. "S&P"yə görə, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bankların əməliyyat xərclərinin artmasına əsas səbəb davamlı yüksək inflyasiya, rəqəmsallaşmaya əhəmiyyətli investisiyaların davam etməsi, marketinq xərcləri tələb edən yüksək rəqabətdir.
Bildirilib ki, 2023-cü il informasiya texnologiyaları ilə bağlı xərclər ehtimal ki, regiondakı bankların ümumi əməliyyat xərclərinin orta hesabla 15-17%-ni təşkil edəcək. "Müvafiq olaraq, bura İT mütəxəssislərinin işə götürülməsi, proqram təminatı və avadanlıqlara investisiyalar, İT təchizatçılarına və məsləhətçilərə ödənişlər, məlumatların qorunması və kibertəhlükəsizlik xərcləri daxildir" - deyə "S&P" bildirib. (Apa)