30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31,363.3 mln. manat, cəmi öhdəlikləri isə 26,674.8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,688.5 mln. manat olub.
Bank sektorunun cəmi aktivləri son bir ildə 2,161.50 mln manat və ya 7,40% artıb.
Eləcə də bax:Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyənləşdirilir
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına(MBNP) istinadən xəbər verir ki, sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 mlrd. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 mln. manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.