2023-cü ilin noyabr ayının 1-nə Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib.
Azərbaycanda problemli kreditlər son bir ayda -15% AZALIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir k, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artıb.
Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.