2025-ci ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərinin ümumi sayı 15 milyon 778 min 802 nəfər təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bank müştərilərinin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 271 min 914 nəfər, yəni 1,8% artıb. Lakin ötən ilin sonuna nəzərən müştəri sayında 220 min 753 nəfər, yəni 1,4% azalma qeydə alınıb. Aylıq müqayisədə isə müştərilərin sayı 102 min 781 nəfər, yəni 0,7% artıb.
Müştərilərin böyük əksəriyyətini təşkil edən fiziki şəxslərin sayı 15 milyon 620 min 243 nəfərə çatıb. Bu, illik müqayisədə 256 min 816 nəfər, yəni 1,7%, aylıq müqayisədə isə 100 min 833 nəfər, yəni 0,7% artım deməkdir. Bununla belə, ötən ilin sonuna nəzərən fiziki şəxs müştərilərin sayında 226 min 411 nəfər, yəni 1,4% azalma müşahidə olunur.
Hüquqi şəxs müştərilərin sayında isə bütün dövrlər üzrə artım qeydə alınıb və onların sayı 158 min 559 nəfər təşkil edib. Bu, illik müqayisədə 15 min 098 nəfər, yəni 10,5%, ötən ilin sonuna nəzərən 5 min 658 nəfər, yəni 3,7%, aylıq müqayisədə isə 1,948 nəfər, yəni 1,2% artım deməkdir.
Fiziki şəxslərin tərkibində sahibkarlıqla məşğul olanların sayında ən yüksək artım tempi müşahidə olunub. Onların sayı 950 min 059 nəfərə çatıb. Bu, illik müqayisədə 165,289 nəfər, yəni 21,1%, ötən ilin sonuna nəzərən 93 min 658 nəfər, yəni 10,9%, son bir ayda isə 14 min 947 nəfər, yəni 1,6% artım deməkdir.
Xatırladaq ki, bankların ümumi müştəri sayı bu ilin iyulun 1-nə 15 milyon 676 min 021 nəfər, ötən ilin sonunda 15 milyon 999 min 555 nəfər, 2024-cü ilin avqustun 1-nə isə 15 milyon 506 min 888 nəfər təşkil etmişdir