Bu ilin birinci yarısına olan hesabata görə bankın öhdəliklərinin 93 mln 426 min manatını depozitlər təşkil edib.
Bankın öhdəliklərində fiziki şəxslərin tələbli depozitlərinin cəmi 5 mln 022 min , hüquqi şəxslərin tələbli depozitlərinin cəmi isə 15 mln 440 min manat təşkil edib.
Mərkəzi Bankın banka qarşı tələbləri cəmi isə 5 mln 500 min manat olub. Banklar istisna olmaqla, digər maliyyə institutlarının “Günaybank”dakı kreditləri cəmi isə 34 mln 955 min manat təşkil edib.
