2022-ci ilin mart-iyun aylarında Rusiyada 339 bank filialı bağlanıb. Bu ilin 1-ci rübütündə isə bağlanan filialların sayı 429 olub.
Eləcə də bax: BVF Rusiyaya qarşı sanksiyaların Azərbaycanın bank sektoruna təsirini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hşesabatında bildirilir.
Ən çox bank filialı - 22 ofis Sverdlovsk vilayətində bağlanıb. İkinci yerdə Moskva - 20 filial - gəlir.
Bu dövrdə Rusiyada bank ofislərinin artımı yalnız Kalininqrad (3 yeni filial), Krım (hansı ki, Ukrayna ərazisidir və Rusiya tərəfindən 2014-cü ildə işğal edilib – 2 filial) və Stavropol vilayətində (1 filial) qeydə alınıb.
«Bank infrastrukturunun ixtisar edilməsi əhalinin bank xidmətlərinə çıxışını aşağı salır və iqtisadiyyata mənfi təsir edir»-deyə Rusiyanın BKF bankının nümayəndəsi Maksim Osadçiy bildirib.
Onun sözlərinə görə, bank filiallarının ixtisarı prosesi 3-cü rübdə də davam edəcək: «Daha 300-400 filialın bağlanacağını gözləmək olar»-deyə ekspert bildirib.