Azərbaycanda son bir ildə ən az faiz xərci etmiş bankların siyahısı məlum olub.
FED.az bu ilin birinci yarısına bankların maliyyə hesabatına istinadən xəbər verir ki, ən az faiz xərci Pakistan Milli Bankının Bakı filialına məxsus olub. Bankın faiz xərci olmayıb.
Daha sonra isə ən az faiz xərci etmiş Bank Melli İranın bakı filialı olub. Qeyd edilən bankın son bir ildə faiz xərci 40 min manat olub. Üçlüyü isə 200 min manatla “Naxçıvanbank” qapayır.
Son bir ildə ən az faiz xərci olan 10 bank cədvəldə
Bankın adı |
Faiz xərcləri mln manatla |
“Pakistan Milli Bankı”nın Bakı filialı |
0,00 |
“Bank Melli İran” Bakı filialı |
0,04 |
“Naxçıvanbank” |
0,2 |
“AFB Bank” |
1,2 |
“Bank Avrasiya” |
1,2 |
“Yapı Kredi Bank Azərbaycan” |
1,5 |
“Ziraat Bank Azərbaycan” |
2,3 |
“Bank VTB Azərbaycan” |
2,6 |
“Azər Türk Bank” |
3,7 |
“Günay Bank” |
4,3 |