“Azər Türk Bank”ın (ATB) rəhbərliyində dəyişiklik olub.
FED.az xəbər verir ki, Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasının üzvü təyin edilib. Ə.İsayev və Zaur Qurbanov bu vəzifələrdə Günel Nəbiyeva və Pərvin Manafovu əvəzləyib.
Qeyd edək ki, Əfqan İsayev və Zaur Qurbanov Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləridir. SOCAR 2024-cü ildə ATB-nin səhmlərinin böyük hissəsini əldə etdiyini açıqlayıb. Bankın rəhbərliyində dəyişiklik bu fonda baş verib. (Apa)