Noyabr ayı alış-veriş etmək istəyənlər üçün əlverişli vaxtdır, çünki bu arada bir çox satış mərkəzlərində endirim və bonus kampaniyaları təklif edilir.
FED.az xəbər verir ki, bu fürsətdən daha da səmərəli istifadə etmək üçün Expressbank 4000 AZN-dək faizsiz Smilecard taksit kartı təklif edir. İstər mağazada, istər online alış-veriş edərək, xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir. İllik faiz dərəcəsi isə 0%- dır. Həmçinin, Smilecard-la pos-terminalda ödəniş zamanı müştərilər 30%-dək cashback qazanırlar.
Eləcə də bax:Qızılınız - EVDƏ YATMASIN!
Smilecard-ın təqdim etdiyi imkanlar bununla bitmir. Belə ki, müştərilər tərəfdaş mağazalardan istədikləri məhsulu nağd qiymətə əldə edib daha sonra əlavə heç bir komissiya və faiz ödəmədən müvafiq aylara bölərək hissə- hissə banka geri ödəmə imkanını əldə edir. Tərəfdaş siyahısı ilə tanış olmaq üçün linkə keçid ala bilərsiniz https://www.expressbank.az/cards/smilecard).
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressabank”ın ölkə ərazisində 15 filialı mövcuddur.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.