FED.az xəbər verir ki, 9 oktyabr 2018-ci il saat 10.30-da “Siyəzən Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
İclasın gündəliyi:
1. “Siyəzən Broyler” ASC-nin dövriyyə vəsaitlərinin artırılması üçün banklardan və fondlardan kredit götürülməsi ilə bağlı.
2. “Siyəzən Broyler” ASC tərəfindən götürüləcək kreditin təminatı kimi səhmlərin və əmlakın girov (ipoteka) qoyulması ilə bağlı.
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair sənədlərlə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər.
Ünvan: AZ5300, Siyəzən şəhəri, “Siyəzən Broyler” ASC-nin inzibati binası.
Əlaqə telefonları: 0233040555; 050-273-83-03.
“Siyəzən Broyler” ASC-nin rəhbərliyi
“Siyəzən Broyler” ASC səhmdarlarının nəzərinə!
10:09
4 Sen 2018