2024-cü ilin sonuna "Turanbank"ın öhdəlikləri 747,9 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisə ilə 5,7 milyon manat, başqa sözlə 1% çoxdur.
Depozit portfelinin həcmi 461,5 milyon manat olub ki, onun da 366,9 milyon manatı fiziki, 94,6 milyon manatı hüquqi şəxslərin payına düşüb. Ümumi depozit portfeli 2,6 milyon manat (1%) böyüyüb, şirkətlərin bankdakı əmanətləri 30,3 milyon manat (47%) artıb.