Cari ilin ilk rübündə bankın depozit portfeli 50 milyon 369 min manata bərabər olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu ötən ilin sonu ilə müqayisədə 1 milyon 843 min manat və ya 4% çoxdur.
Depozit portfelinin 46 milyon 269 min manatını fiziki şəxslərin əmanətləri, 4 milyon 59 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 3 milyon 820 min manat və ya 9% artasa da, hüquqi şəxslərin depozitləri 1 milyon 976 min manat 33% azalıb.