Yanvarda banklarda fiziki şəxslərin depozitləri 289 milyon manat azalıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Paltasının statistikasına istinadən xəbər verir ki, fiziki şəxslərin depozitləri 2018-ci ilin sonunda 8 milyard 269.7 milyon manat ikən, yanvarın sonunda 7 milyard 980.7 milyon manata düşüb.
Yanvarda müddətli depozitlər 21,1 milyon manat artaraq 5 milyard 500.1 milyon manata qalxıb, tələbli depozitlər isə 310,1 milyon manat azalaraq 2 milyard 480.6 milyon manata düşüb. Müddətli depozitlərin artması banklarda əhalinin əmanətlərinin artdığına işarədir.
Yanvarda hüquqi şəxslərin depozitləri isə 255,2 milyon manat artaraq 10 milyard 566.7 milyon manata yüksəlib.
(mln. manatla)
|
31.12.2018 |
31.01.2019 |
1.Depozitlər (maliyyə institutları istisna olmaqla) |
18,581.2 |
18,547.4 |
1.1 Fiziki şəxslərin depoziti |
8,269.7 |
7,980.7 |
1.1.1 müddətli |
5,479.0 |
5,500.1 |
1.1.2 tələbli |
2,790.7 |
2,480.6 |
1.2 Hüquqi şəxslərin depoziti |
10,311.5 |
10,566.7 |
1.2.1 müddətli |
1,449.7 |
1,756.9 |
1.2.2 tələbli, o cümlədən |
8,861.8 |
8,809.8 |
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri |
105.7 |
95.2 |
©Marja