“Naxçıvan Bank” ASC 2023-cü ilin II rübünün hesabatını açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 12 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyon manat, yaxud 26,9% çoxdur.
Faiz xərcləri 972 manat təşkil edib edib kİ. Bu da son bir ildə 433 min manat, başqa sözlə 80,3% çoxdur.
Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin II rübündə 11,1 milyon manat olub. Bu da illik müqayisə ilə 4,7 milyon manat, və ya 42,6% çoxdur.
Bankın qeyri faiz gəlirləri 2,2 milyon manat, qeyri faiz xərcləri 5 milyon manat təşkil edib. Gəlirlər son bir ildə 25,1% azalıb, xərclər isə 32,3% artıb.
Əmək haqqı digər kompensiya növləri üzrə xərclər 2,1 milyon manat təşkil edib.
Bankın əməliyyat mənfəəti isə 8,3 milyon manat olub. Bu da illik müqayisə ilə 2%-ə yaxın artım deməkdir.
“Naxçıvan Bank” mənfəət vergisi ödəməyib. II rübü 8 milyon 71 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 3,3% çoxdur.
Belə ki, bank keçən ilin ilk 6 ayını 7 milyon 813 min manat mənfəətlə başa vurmuşdu.
“Naxçıvan Bank” ASC-nın aktivləri ilk altı ayda 295,8 milyon manat olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 50,7 milyon manat, yaxud 14,6% azalıb.
Aktivlərin 22,8 milyon manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait, 29,8 milyon manatını qiymətli kağızları təşkil edib.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 204,7 milyon manat olub. Ötən ilin sonu illə müqayisədə kredit portfelinin həcmi 31,1 milyon manat, 17,9% artıb.
Bankın öhdəlikləri təxminən 188,5 milyon manat olub ki, bu son altı ayla müqayisədə 45,8 milyon manat, yaxud 19,5% azalma deməkdir.
“Naxçıvan Bankın” depozit portfeli II rübdə 112,2 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 43,2 milyon manat, yaxud 27,8% azdır.
Depozit portfelinin 9 milyon manatını fiziki şəxslər,101 milyon manatını hüquqi şəxslər üzrə depozitlər təşkil edir. Fiziki şəxslər üzrə depozitlər son 6 ay ərzində 1,3 milyon manat, və ya 13,1%, hüquqi şəxslər üzrə depozitlər isə 44 milyon manat, yaxud 30,4% azalıb.
“Naxçıvan Bank”in kapitalı 4 milyon 892 min manat, yaxud 4,4% azalaraq 107,3 milyon manata düşüb.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi isə 28 milyon 969 manat olub. Ötən ilin sonunda isə bank 25 milyon 364 min manat mənfəət əldə etmişdi ki, bu da 14,2%-lik artım deməkdir.