«Premium Bank»ın müştərisi olan hüquqi şəxslər bankdan 10 milyn manat vəsait çıxarıblar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə bankın hesabatlarında göstərilir.
«Premium Bank»ın 2026-cı ilin 2-ci rübünün yekunları üzrə hesabatına əsasən bankda hüquqi şəxslərin depozitləri ilin əvvəlindən bəri 89 milyon manatdan 80 milyon manata enib.
Bu 9 milyon manat və ya 10,1% azalma deməkdir.















